Xəbəri Kokpitdə Oxuyun!

Malaziyada günün birincisi Banyaya olub

Malaziya Qran Prisi üzrə əsas sərbəst yürüşlərində birincisi Ducati komandasından Françesko Banyaya olub. 

Kokpit.az bildirir ki, o çempionatdakı əsas rəqibi Xorxe Martini 0.05 saniyə qabaqlayaraq, Sepanqdakı ikinci sessiyanı da zirvədə tamamlayıb. 

Çempionatın lideri Xorxe Martin sərbəst yürüşlərdəki son dövrəsində birinci döngədə qəza edərək son cəhdini tamamlaya bilməyib. Buna baxmayaraq Pramac komandasının sürücüsü qəzadan əvvəl işlənmiş təkərlərlə sessiyanın ən sürətlisi olmaq üçün əmin addımlarla gedirdi.

Keçən il Sepang yarışının qalibi olmuş Ducati sürücüsü Enea Bastyanini isə sessiyanın ən sürətli üçüncü pilotu olub. GP24 sürməyən sürücülər arasında ən sürətli isə Maverik Vinyales olub. Aprilia komandasının sürücüsü günü dördüncü yerdə bitirib.

Keçən il sprint yarışının qalibi olmuş Aleks Markes isə sessiyanı beşinci, 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo isə altıncı yeri tutublar.

Franko Morbidella, Aleks Rinz, Cek Miller və Mark Markes isə birbaşa ikinci sessiyaya keçən son sürücülər olublar. Pedro Akosta, Marko Bezzekki, Bred Binder və Aleş Esparqaro son sessiyaya qala bilməyiblər və sabah sıralanma turunda mübarizəyə birinci sessiyadan qoşulacaqlar.

Bundan başqa sessiya ərzində Aleş Esparqaro, Bred Binder və Marko Bezzekki qəza ediblər.

Rauf Hacıyev

Şərh əlavə et