Kokpit.az bildirir ki, italyan sürücünün ən yaxın izləyicisi Aprilia komandasından Maverik Vinyales olub. Bu sessiyada Banyaya, Vinyales və Marko Bezzekki kimi bəzi sürücülər yeni ön Soft, və arxa Medium təkərlərə keçid ediblər.
Çempionatın lideri xorxe Martin başda olmaqla digər sürücülər isə ön Medium və arxa Hard təkər dəsti ilə trasa çıxıblar ya da yeni ön Medium və arxa Hard təkər dəstini sınayıblar.
Andrea İannone isə 2019-cu ildən sonra ilk dəfə MotoGP-də sessiyada iştirak edib və doqquzuncu yeri tutaraq, hamını təsirləndirən geridönüş edib. Qeyd edək ki, italyan sürücü VR46 komandasın Fabio Di Canantonionun əvəzinə trasa çıxıb.
Trackhoues Aprilia komandasının sürücüsü Migel Oliveyra isə Mandalikada qəza edərək sağ biləyini qırdığı üçün Malaziya Qran Prisini də buraxmalı olacaq. Portuqaliyalı sürücünü Aprilia-nın test pilotu Lorenso Savadori əvəz edir.
Şərh əlavə et