Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Sennanın maşınını sürmək inanılmazdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bu həftəsonu Ayrton Sennanın çempionluq qazandığı McLaren MP4/5B-sini sürəcək. Yeddiqat Dünya Çempionu bildirib ki, bu an onun üçün çox emosianal olacaq. 

Kokpit.az xatırladır ki, bu il Ayrton Sennanın ölümündən 30 il keçir. Formula 1 rəhbərliyi onun xatirəsini yad etmək üçün müxtəlif tədbirlər keçirir. Bu tədbirlərdən biri də bu həftəsonu keçiriləcək. Lyuis Həmilton braziliyalı sürücünün 1990-cı ildə çempion olduğu McLaren MP4/5B bolidi ilə şou sürüşü edəcək. 

2022-ci ildə Braziliyanın fəxri vətəndaşı olmuş Lyuis Həmilton bildirib ki, bu fürsəti tez qəbul edib və bu onun üçün emosianal an olacaq: “Braziliyada Sennanın bolidini sürə biləcəyimi heç vaxt düşünməzdim. Xatırlayıram, bir nəfər mənimlə əlaqə saxladı və menecerim bunu mənə dedi. Mən də bu fürsəti o dəqiqə dəyərləndirdim.
Keçmişdə McLaren-də yarışarkən MP4/4 bolidini Silverstounda sürmək şansım olmuşdu və bu inanılmaz idi. Amma bu maşını Braziliyada sürmək… Onun burada qazandığı yarışları xatırlayıram. Yarışdan sonra qalib gələndə bayrağı tutmasını… Bu, çox emosional təcrübə olacaq. Ümid edirəm ki, insanlar bunu görərlər.
Özümə onun dəbilqəsindən düzəltdirdim, amma istifadə edə biləcəyik mi? O müəmmalıdır. Əvvəl bunun surpriz olmasını istəyirdik. Buna görə tamamilə ağ kombinezon və onun dəbilqəsini geyinib trasa çıxacaq və dövrələr vuracaqdım. Kənardan o varmış kimi görünəcəkdi. Amma bu iş ortaya çıxdı. Belə şeyləri gizli tutmaq mümkünsüzdür”.

 

Sonda Lyuis Həmilton əlavə edib ki, mexaniki ötürmələr qutusu barədə hər hansı bir narahatlığı yoxdur: “Gənc olanda bu barədə doğrudan da yaxşı idim. və MP4/4-ü sürəndə bunu bacarmışdım. Bunun üçün darıxmışam. Kaş Formula 1-də hələ də bu ötürmələr qutusu ilə sürə bilsəydik. İki pedal işi o qədər həyəcanlı etmir. H ötürmələr qutusunu geri gətirməlidirlər. Bu əla idi”.

Rauf Hacıyev

Şərh əlavə et