Xəbəri Kokpitdə Oxuyun!

Honda Repsolun əvəzinə sponsor tapıb

Britaniya mətbuatının xəbərinə görə Honda-nın MotoGp komandası 2025-ci ildə Repssol ilə yollarını ayıracaq və Castrol ilə müqavilə bağlayacaq. 

Kokpit.az bildirir ki, Repsol şirkətinin idarəçiləri bu il San Marino yarışı ərəfəsində Honda ilə olan tərəfdaşlığı uzatmayacaqlarını rəsmi formada bildirmişdilər.  İspaniyalı şirkət yarışdan sonra göndərdiyi qısa açıqlama ilə  30 illik tərəfdaşlığı sonlandıracaqlarını demişdilər. 

Qeyd edək ki, Mark Markes keçən ilin sonunda Gresini komandasına keçdikdən sonra Repsol-un Honda-ya maliyyə köməyi xeyli azalmışdı. Hətta şirkətin loqotipləri bu il alt tərəfdə vurulmuşdu.

Xatırladaq ki, Honda ilə Repsol 1995-ci ildə ortaqlı başlamış və o zamandan bəri 15 dəfə Sürücülər, 10 dəfə Komandalar Çempionluğunu, 183 dəfə isə yarış qazanmışdılar.

İndi isə Britaniya mətbuatı xəbər verir ki, Honda növbəti mövsümdən etibarən İngiltərənin yağ şirkəti olan Castrol ilə müqavilə bağlayıb.

Rauf Hacıyev

Şərh əlavə et