Kokpit.az bildirir ki, ispaniyalı sürücü bağırsaq infeksiyasına görə bu gün Braziliyada media gününü buraxacaq. O, müalicə aldıqdan sonra yarış həftəsonunda trasa çıxa biləcək.
Aston Martin komandası bu barədə belə açıqlama verib: “Fernando Brazilayadakı media günü tədbirlərini buraxmalı olacaq. O, Meksikadakı həftəsonundan əvvəl bağırsaq infeksiyası keçirmişdi.
Fernando daha yaxşı müalicə üçün Avropaya qayıdıb və bir mütəxəssisdən dəstək alıb. Müalicə bir gün çox davam edib və buna görə də Braziliyaya səyahət planları gecikib. Belə olan halda o, yarış həftəsonuna daha yaxşı hazırlanacaq”.
Şərh əlavə et