Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlayıb və xüsusən də restartdan sonra Mask Ferstappenlə bir neçə təkər-rəkər mübarizə yaşayıb. Bu mübarizələrdə niderlandlı pilot rəqibini trasdan çıxarıb. Yekunda stüardlar Maksa iki dəfə 10 saniyə zaman cəzası veriblər.
McLaren-in rəhbəri Zek Braun isə uzun müddətdir ki, Maks Ferstappenin aqressiv sürüş tərzindən danışırdı. Buna görə də FİA-nın Meksika yarışındakı yanaşmasını məmnuniyyətlə qarşılayıb və stüardları təbrik edib.
Lakin Zek Braun düşünür ki, stüardların Maks Ferstappenə verdiyi 20 saniyəlik cəza çox azdır: “Məncə, bu cəza yetərli deyildi. Bir az axmaqca olmağa başladı. FİA-nın stüardlarını təbrik edirəm. Daha bəsdir! Artıq təmiz yarış izləməliyik. Məncə, stüardlar artıq bu barədə işlər görməyə başlayıblar. Verdikləri cəzalar da bunu göstərir. Yəni ki, bizim bir şey etməyimizə ehtiyac yoxdur. Qoyun stüardlar işlərini görsünlər. Bu həftəsonu əla iş gördülər”.
Şərh əlavə et