Xəbəri Kokpitdə Oxuyun!

Sauber İnyaki Ruedanı transfer edib

Sauber komandası Ferrari-nin sabiq strategiya şefi İnyaki Ruedanı transfer edib. 

Kokpit.az bildirir ki, İnyaki Rueda gələn il yeni işinə başlayacaq və o Bit Tsenderi əvəz edəcək. Tsender isə imza proqramları və əməliyyatlar direktoru vəzifəsinə keçəcək. Bu transfer Audi-nin idmana gəlməmişdən əvvəl yenidənqurma işləri çərçivəsində atılan bir addımdır.

Bundan başqa Sauber komandası Campaolo Dallaranı yeni yarış mühəndisliyi direktoru kimi təyin etdiyini açıqlayıb. Dallara həm Hinvildəki, həm də yarış trasında əməliyyatları yoxlayacaq.

Qeyd edək ki, Dallara Milanın Texniki Universitetinin məzunudur. O, Alfa Romeo DTM komandası və Sauber Motorsport-da baş test mühəndisi və baş tras mühəndisi işlərində işləyib. Onun avtoidman təcrübəsi zəngindir. Dallara 2016-cı ildən bəri öz məsləhət firmasını idarə edir. Buna görə də maşının yarış performansını artırmaq üçün vacib təcrübəyə sahibdir.

Rauf Hacıyev

Şərh əlavə et