Xatırladaq ki, FİA-nın Xərc Nəzarət İdarəsi (CCA) mühərrik istehsalçılarının (Mercedes, Ferrari, Honda və Alpine) maliyyə hesabatlarını nəzərdən keçirərkən, onların heç birinin 2023-cü ildə icazə verilən xərc həddini keçmədiyini müəyyən edib, lakin Alpine Racing SAS və Honda Racing Corporation prosedur pozuntularına yol verib.
İndi isə federasiya öz hökmünü açıqlayıb: Yapon motor istehsalçıları 600 min dollar, fransızlar isə 400 min dollar cərimələnib. Hər iki mühərrik istehsalçısı müəyyən edilmiş pozuntularla razılaşıb və bunu təsdiq edən müvafiq sənədləri imzalayıb.
FİA-nın press-relizindən belə çıxır:
- Hər iki şirkət tənzimləyici orqanlarla fəal əməkdaşlıq etmiş və onların tələbi ilə əlavə sənədləri vaxtında təqdim etmişlər.
- Yoxlamalar zamanı aonların qəsdən hansısa hərəkətləri ilə bağlı hər hansı sübut aşkar edilməyib, FİA müfəttişlərini çaşdırmaq və onlardan hər hansı məlumatı gizlətmək cəhdləri olmayıb.
- Həmçinin aşkar edilmiş pozuntuların Honda və Alpine hər hansı üstünlük əldə etməsinə imkan verə biləcəyinə dair heç bir sübut yoxdur.
- 2023-cü ilin güc qurğusu təchizatçılarının maliyyə məhdudiyyətləri altında işlədiyi ilk il olması da bir növ yumşaldıcı haldır.
Federasiya həmçinin Honda və Alpine tərəfindən törədilən prosedur pozuntularının xarakterinə görə fərqləndiyi barədə məlumat paylaşıb. Fransız şirkətinin 2 aprel 2024-cü ildə təqdim etdiyi maliyyə hesabatları əhəmiyyətli pozuntularla tərtib edilib. FİA-nın press-relizində deyilir: “Tələb olunan prosedurların bəziləri ümumiyyətlə tamamlanmayıb, bəziləri isə qismən tamamlanıb”.
Hesabatın düzəldilmiş versiyası mayın 7-də təqdim edilib, lakin sənədlərdə ilkin olaraq çox vacib məlumatlar olmadığından, bu, artıq 400 min dollar cərimə kəsilmiş qaydaların pozulması kimi təsnif edilir.
Üstəlik, bu pozuntu Alpine-nin xərclərinin təbiəti və miqyası ilə birbaşa əlaqəli deyil. Xatırladaq ki, 2026-cı ildə Formula 1-də artıq Renault güc aqreqatları olmayacaq, çünki Fransız konserni onların istehsal proqramını ixtisar etmək qərarına gəlib və tarixində ilk dəfə olaraq müştəri qismində Mercedes motorlarından istifadə edəcək.
Honda-ya gəldikdə isə, pozuntular maliyyə hesabatlarına daxil edilmiş xərclərin düzgün hesablanmaması ilə bağlı olub. Xüsusilə, mühərrikin sınağı üçün istifadə olunan dayaqların saxlanması xərcləri nəzərə alınmayıb və bəzi hallarda xərclər az qiymətləndirilib, lakin FIA dəqiq nəyin müzakirə edildiyini açıqlamayıb. Amma Yaponiya şirkəti aşkar edilmiş səhvləri düzəldəndə məlum olub ki, məsrəflərin ümumi səviyyəsi aşılmayıb, ona görə də pozuntunun prosessual xarakter daşıdığı hesab edilib.
Həmçinin, maliyyə qaydalarını pozan hər iki marka CCA-nın onlarla işləmək prosesində çəkdiyi xərcləri kompensasiya etməli olacaqlar.
Şərh əlavə et