Kokpit.az xatırladır ki, 2024-cü il mövsümü Serxio Peres üçün bərbad keçir. O, öz vətənində də çox pis həftəsonu keçirib və xalsız qalıb.
Meksikalı sürücü doğma publikası önündə əyləclərlə bağlı problemlər yaşayıb və sıralanma turunda 18-cu yeri tutub. Yarışda isə 17-ci olaraq xalsız qalıb.
Serxio Peresin son yarışlardakı belə bərbad performnasına görə Red Bull komandası Mühəndislər Kubokunda liderliyi itirib. Meksika yarışından sonra isə Ferrari də “qırmızı öküzlər”i geridə qoyub.
Belə olan halda Ralf Şumaxer düşünür ki, Red Bull komandası mövsüm bitməmiş Serxio Peresi qovacaq: “Məncə, gələn il Red Bull ilə bir metr belə sürə bilməyəcək. Bundan çox əminəm. Düşünürəm ki, bu mövsümü də bitirə bilməyəcək. Bu həftəsonundan sonra Red Bull bir qərar verəcək. Artıq hər iki tərəf üçün də bunun mənası yoxdur. Peres üçün də…
Yazıq Peres hazırda çox təzyiq altındadır. Lakin bu idman əyləncəli olmalıdır. Hər şeydən əvvəl maliyyə cəhətdən də bu komanda üçün faciə oldu”.
Ralf Şumaxerin bu sözlərinə baxmayaraq, Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, onlar sona qədər Serxio Peresin arxasında olacaqlar: “Çeko bizim sürücümüzdür. 2025-ci ilə qədər müqaviləsi var. O, çox rəqabətədavaml sürücüdür. Hazırda olduğu yerdən razı deyil. Komanda olaraq onu dəstəkləmək üçün əlimizdən gələni edirik”.
Şərh əlavə et