Kokpit.az bildirir ki, Red Bull komandası Braziliyada Maks Ferstappeni yeni bir mühərriyə keçirməyə hazırlaşır. Əgər bu reallaşsa, Maks Ferstappen yarışın startında yer itirə bilər. Amma Red Bull komandası mövsümün qalan yarışları üçün bu riski almağa hazırdır.
Maks Ferstaapen Meksika Qran Prisinin sərbəst yürüşlərində yaşadığı motor problemlərinə görə gözlənilmədən güc qurğusu dəyişikliyi etmişdi. O, köhnə motora qayıtmış və yarışda sürəti az olduğu üçün bəzi anlarda problemlər yaşamışdı. Niderlandlı sürücü yarış ərzində maksimum sürətə görə həm komanda yoldaşı Serxio Peresə, həm də çempionatdakı əsas rəqibi Lando Norrisə uduzub. Peres 253.4 km/saat sürətə yüksəldiyi halda, Ferstappen 251.4 km/saat maksimum sürətdə gedib.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, cümə günü motor problemi yaşadıqları üçün lazımi qədər hazırlıq edə bilməyiblər və yarışda istifadə etdikləri motor performansını çoxdan itirib. Buna görə də ötmələrin daha asan olduğu İnterlaqos trasında motor dəyişikliyi edə biləcəklərini deyib. Onlar yeni motora keçərək son yarışlarda bu cəhətdən üstünlük qazanmaq istəyirlər.
Maks Ferstappen yeni motora keçsə yarışın startında 5 yer itirrəcək. Lakin Brazliyada sprint yarışı olduğu üçün bu cəza əsas yarışda özünü göstərəcək.
Üçqat Dünya Çempionu hazırda ən yaxın rəqibi Lando Norrisi 47 xal qabaqlayaraq, çempionatda liderlik edir. İnterlaqsonda ötmələr asan olduğu üçün bu cəza onun üçün vacib olmaya bilər.
Şərh əlavə et