Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Bu qələbəni çox istəyirdim

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, “qırmızlar”ın heyətindən ayrılmamışdan əvvəl qazandığı bu qələbəyə görə çox sevinclidir.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa poulda başlasa da, startda Maks Ferstappen onu keçib. Lakin yarışın restarrından sonra – 9-cu dövrədə Sayns yenirən liderliyi ələ keçirib və yarışın sonuna qədər bu üstünlüyünü qoruyaraq, mövsümdə ikinci qələbəsini əldə edib.

Yarışdan sonra müsahibə verən Karlos Sayns Meksikada yarışı qazandığı üçün çox sevincli olduğunu deyib: “Bu insanları görmək inanılmazdır. Bütün həftəsonu ərzində dəstəkləri görmək əla idi. Hiss etdim ki, bu azarkeşlər mənə doğrudan da güc verir.
Bu qələbəni doğrudan da istəyirdim. Buna çox ehtiyacım var idi. Ferrari-dən ayrılmadan əvvəl daha bir qələbə qazanmaq istədiyimi demişdim və bunu burada reallaşdırmaq inanılmazdır.
İndi isə mövsümün sonuna 4 yarış qalır və bu yarışlardan mümkün qədər çox həzz almaq istəyirəm. Əlbəttə, əlimə daha bir fürsət keçsə, şansımı yenidən sınayacağam”.
Karlos Sayns startda liderliyi itirsə də, doqquzuncu dövrədə mükəmməl hücumla yenidən liderliyə yüksəldir. İspaniyalı sürücü bu ötmə barədə bunıarı deyib: “Düzünü desəm, buna hazır deyildim. Startda yerimi itirdiyim üçün çox əsəbi idim. Onu yenidən ötməli və boşluq tapmalı idim, çünki Maks Ferstappeni keçmək çox çətindir.
Bir az geridə idim, amma öz-özümə dedim ki, itiriləcək heç nəyim yoxdur. Daxili trayektoriyadan hücum etməyi sınayacağam. Bunu dedim və etdim”.

 

Qeyd edək ki, Karlos Sayns mövsümün sonunda Ferrari ilə yollarını ayıracaq və o, növbəti mövsümdən etibarən Williams komandasının şərəfini qoruyacaq.

Rauf Hacıyev

Şərh əlavə et