Kokpit.az xatırladır ki, meksikalı sürücü cümə günü problem yaşamış və 90 dəqiqəlik ikinci sərbəst yürüşlərin böyük hissəsində boksda oturmalı olmuşdu.
Şənbə günü də onun üçün ideal keçməyib, çünki niderlandlının bir neçə sürətli dövrəsi silinib. Buna baxmayaraq, o ikinci yeri tutaraq, çempionatdakı əsas rəqibi Lando Norrisi qabaqlaya bilib.
Sıralanma turundan sonra danışan Maks Ferstappen təəssüratlarını belə dilə gətirib: “Çox dövrəm silindi. Buna görə də özümü təzyiq altında hiss edirdim. Təbii ki, bunda cümə günü trasa çıxmamağımın da təsiri oldu.
Üçüncü sərbəst yürüşlər də mənim üçün yaxşı keçməmişdi. Buna görə də sıralanma turunda özümü təzyiq altında hiss edirdim. Amma sonda yarış üçün ön cərgəni tuta bildim və çox sevincliyəm. Sözün açığı, bunun mümkün olacağını heç düşünməmişdim”.
Şərh əlavə et