Kokpit.az xatırladır ki, britaniyalı sürücü poul qazanmış Karlos Saynsdan 0.314 saniyə geri qalaraq, Meksika Qran Prisinin sıralanma turunda 3-cü olub.
Sessiyadan sonra jurnalistlərə müsahibə verən Lando Norris bildirib ki, sıralanma turunda bolidin limitlərinə asanlıqla çata bilib və bunun hesabına yaxşı performans göstərib: “Nəticədən çox razıyam. Bolidin limitinə sürətli formada çatdım. Bu da bizi daha güclü göstərdi. Amma son iki dövrəmdə daha sürətli olmaqda çətinlik çəkdim. Karlos və Maks yaxşı dövrələr vurdular. Xüsusən də Karlos həftəsonu ərzində sürətli idi.
Heç birimiz yarışda istifadə edəcəyimiz tərlərlə düz-əməlli sürmədik. Buna görə də sual işarələri çoxdur.
Son bir neçə yarışda həm sıralanma, həm də yarış tempində güclü idik. Bu dəfə çətin olacaq, amma yenə də yaxşı yerdəyik. Buna görə də yarışı səbirsizliklə gözləyirəm”.
Şərh əlavə et