Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Üçüncü sessiyada mükəmməl dövrələr vurdum

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, sıralanma turunda poul qazandığı üçün çox sevinclidir.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Meksikadakı sıralanma turunun üçüncü sessiyasının ilk cəhdlərindən zirvəyə yerləşib. O, son cəhdlərdə də liderliyini qoruyub və poul qazanıb.

Sıralanma turundan sonra danışan Karlos Sayns bunları deyib: “Çox xoşbəxtəm. Yaxşı bir neçə dövrə vurdum. Meksikada əksər hallarda bir dövrəni bir yerə gətirə bilməməkdən qorxarsınız, amma bu gün son sessiyadakı iki dövrəm də demək olar ki, mükəmməl idi və poul üçün bəs elədi.

Çox xoşbəxtəm, çünki Meksikanın nə qədər çətin tras olduğunu nəzərə alsaq, bu heyrətamiz vəziyyətdir”.

Karlos Sayns əlavə edib ki, keçən həftə keçirilən Amerika yarışından sonda düzgün yöndə inkişaf ediblər: “Ostindən bəri xüsusən də sıralanma cəhətdən bir pillə yüksəldik.

Sıralanma turunda xüsusən qızdırma dövrələrində də maşını gücləndirəcək əlavə şeylər tapmağa çalışdıq. Hazırda elə görünür ki, doğru yöndə gedirik.

Əlbəttə, hazırda bizim üçün əsas olan Mühəndislər Kubokudur. Hər şeydən əvvəl iki maşınla da yaxşı xallar qazanmaq istəyirik.

Xüsusən də yarışı qazananda əldə etdiyimiz əlavə 7-8 xal komandaya çempionatda böyük üstünlük qazandırır”.

Karlos Sayns bu gecə keçiriləcək Meksika yarışı barədə də gözləntilərini deyib: “Birinci döngədə lidetliyi qorumaq istəyirəm. Ondan sonra ümis edirəm ki. qələbə qazanmaq üçün yaxşı performansımız olar”.

Rauf Hacıyev

Şərh əlavə et