Xəbəri Kokpitdə Oxuyun!

Banyaya Taylandda qalib gələrək ümidlərini davam etdirib

Tayland Qran Prisinin əsas yarışında pouldan başlayan Françesko Banyaya güclü performans göstərərək yarışı qazanıb və lider Xorxe Martinlə fərqi 17-yə endirib. 

Kokpit.az bildirir ki, italyan sürücünün əsas rəqibləri olan Xorxe Martin və Mark Markes yarışa yaxşı başlasalar da, çətin anlar yaşayıblar. Yarışın əvvəlində Martin əla startla liderliyi ələ alıb. Amma üçüncü döngədə motosikletin idarəetməsini itirib və Banyaya ilə yan-yana gəlib. 

İkinci dövrədə Xorxe Martin 0.4 saniyə fərqlə liderlliyini davam etdirib. Bu anda Pedro Akosta rəqibi Fabio Kuartararonu dördüncü yer uğrunda mübarizədə geridə qoyub, ancaq növbəti döngədə yenidən yerini itirib.

16-cı dövrədə Xorxe Martin rəqini Mark Markes ilə təmas yaşayıb və ikinci yerə yüksəlib. Lakin bu anda Françesko Banyaya 2.5 saniyə fərqlə liderliyini davam etdirirdi.

Yarışın sonlarında Pedro Akosta üçüncü yer uğrunda mübarizədə Cek Milleri geridə qoyub. Banyaya isə böyük fərqlə son dövrəyə başlayıb. Beləliklə Pekko Tayland yarışını qazanaraq çempionluq uğrunda ümidlərini davam etdirib.

Rauf Hacıyev

Şərh əlavə et