Kokpit.az xatırladır ki, 21 yaşlı təmsilçimiz birinci sıralanma turunda 10-cu yeri tutmuşdu. Lakin ikinci sıralanma turu onun üçün uğurlu keçməyib. Yaqub sessiyanı 6-cı yerdə bitirsə də, xaotik start zamanı rəqibinə təmas etdiyi üçün stüardlar onun nəticəsinə 30 saniyə əlavə ediblər.
Bundan sonra təmsilçimizin ümidi play off mərhələsinə qalıb. Lakin Yaqub burada sözün əsl mənasında master klass göstərib və ikinci yeri tutaraq, adını yarı final mərhələsinə yazdırıb. O, bu nəticə ilə MDB ölkələrinin təmsilçisi arasında da birinci olub.
Yaqub Əliyev: “Azərbaycan üçün ikinci yeri gətirdik. Bu mümkün oldu. Bunu bacardıq. Yarıfinal üçün əla nəticədir”.
Qeyd edək ki, Yaqub Əliyev bu yarışda Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə çıxış edir.
Bu gün Yaqub finala çıxmaq uğrunda mübarizə aparacaq. Ona uğurlar arzu edirik.
Şərh əlavə et