Xəbəri Kokpitdə Oxuyun!

Taylandda sprinti Bastyanini qazanıb

MotoGP üzrə Tayland Qran prisinin sprint yarışında Ducati komandasının sürücüsü Enea Bastyanini qalib gəlib. Banyaya isə yarışa poudan başlasa da, çempionatdakı əsas rəqibi Xorxe Martinin də gerisinə düşərək, üçüncü olub. 

Kokpit.az bildirir k, yarışa üçüncü yerdən başlayan Xorxe Martin startda Françesko Banyayanı keçərək, ikinci yerə yüksəlib. Birinci döngədə Banyaya ilə Martinin mübarizə aparması yaxşı start ala bilməyən Enea Bastyaniniyə yarayıb və italyan sürücü liderliyə yüksəlib. 

Bütün bunlardan sonra Xorxe Martin beşinci yerə qədər geriləyib. Buna baxmayaraq ispaniyalı sürücü təslim olmayıb və yarışda ikinci yerə qədər yüksəlib. Yarışın sonlarında Françesko Banyaya ispaniyalı rəqibini keçmək üçün hücumlar etsə də, faydalı olmayıb və podium Bastyanini, Martin və Banyaya formasında olub.

Gresini komandasından Mark Markes isə yarış ərzində tək olub və sonda dördüncü yeri tutub. Debütant Pedro Akosta isə beşinci yerdə gedərkən üçüncü döngədə qəza edib və mübarizəni dayandırıb.

Rauf Hacıyev

Şərh əlavə et