Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: FİA McLaren-in etirazını rədd edib

McLaren komandası ABŞ yarışında Maks Ferstappenlə mübarizədə cərimələnən Lando Norris üçün FİA-ya etiraz etsə də, bu rədd edilib.

Kokpit.az xatırladır ki, Lando Norris Amerika yarışının sonlarında Maks Ferstappenə hücum edərkən trasdan çıxmış və rəqibini elə formada keçmişdi. Buna görə də stüardlar britaniyalı pilota beş saniyə zaman cəzası vermişdilər.

McLaren bu qərarı yenidən nəzərdən keçirmək üçün FİA-ya tələb göndərmişdi. “Narıncılar” bildirmişdilər ki, Norris ötməni uğurlu formada tamamlayıb və Ferstappenə qarşı müdafiə olunub.

Ancaq FİA bildirib ki, McLaren-in təqdim etdiyi dəlillər yeni, vacib və maraqlı ünsürlər daşımır.

Beləliklə,  Maks Ferstappen ABŞ yarışındakı üçüncülüyünü qoruyub və Meksika yarışından əvvəl ən yaxın izləyicisi Lando Norrisdən 57 xal öndə qalmağa davam edib.

Rauf Hacıyev

Şərh əlavə et