Xəbəri Kokpitdə Oxuyun!

Taylandda Bezzekki liderləri qabaqlayıb

MotoGP üzrə Tayland Qran Prisinin birinci sərbəst yürüşlərində VR46 komandasının sürücüsü Marko Bezzekki birinci yeri tutub. 

Kokpit.az bildirir ki, italyan sürücü çempionluğun iki əsas namizədi Xorxe Martin və Françesko Banyayanı qabaqlayaraq, Taylandda açılış sessiyasının birincisi olub. Səkkizliyi isə müvafiq olaraq Mark və Aleks Markes qardaşları, Enea Bastyanini, Pedro Akosta və Cek Miller bağlayıblar. 

Aleş Esparqaro isə sessiyanın əvvəlində yıxılandan sonra yenidən qayıda bilməyib, amma onun zədəsinin ciddi olmadığı deyilib.

Migel Oliveyra isə Mandalikada qəzadan sonra bədənində qırıqlar olduğu üçün yarışmayıb və onu Trackhouse Aprilia komandasının test sürücüsü Lorenso Savadori əvəzləyib.

Rauf Hacıyev

Şərh əlavə et