Xəbəri Kokpitdə Oxuyun!

Taylandda əsas sərbəst yürüşlərdə Mark lider olub

Tayland Qran Prisinin əsas sərbəst yürüşlərində Gresini komandasının sürücüsü Mark Markes zirvədə yer alıb. 

Kokpit.az bildirir ki, Avstraliya yarışını qazanan Mark Markes Tayland Qran Prisinin əsas sərbəst yürüşlərində 1.29.165 zaman nəticəsi ilə rekord qırıb və günü zirvədə bağlayıb. İkinci yeri isə çempionatın lideri Xorxe Martin tutub. 

Ducati komandasının sürücüləri Enea Bastyanini və Françesko Banyaya müvafiq olaraq üç və dördüncü yerləri tutubıar. MAverik Vinyales isə beşinci olub.

Birinci sərbəst yürüşlərdə qəza edərək sessiyadan çəkilən Aleş Esparqaro əsas sərbəst yürüşlərdə trasa qayıtsa da, sona qədər davam edə bilməyib.

Aprilia komandası Aleş Esparqaronun zədəsi barədə belə açıqlama verib: “Kliniki cəhətdən önəmli yaralanma yoxdur, amma yümşaq travma yaşayıb”

Bu açıqlamaya baxmayaraq, ispaniyalı sürücü yenidən xəstəxanaya aparılıb.

Rauf Hacıyev

Şərh əlavə et