Hər komandadan tələb olunur ki, mövsüm ərzində iki dəfə məşqlərdən birində sükan arxasına gənc sürücü otursun. Mexikoda eyni vaxtda beş komandada müvəqqəti əvəzetmələr baş verib. Ferrari-də Oliver Berman Şarl Leklerin, McLaren-də Pato O’Vard Lando Norrisin, Aston Martin-də Felipe Druqoviç Fernando Alonsonun, Sauberdə Robert Şvartsman Quanyu Çjounun, Mercedes-də Andrea Kimi Antonelli Lyuis Həmiltonun maşınını idarə edib.
Səhər asfalt heç də yaxşı vəziyyətdə olmayıb, komandalar Hard təkərlərlə seansa başlayıblar. Yüksək dağlıq ərazilərdə havanın temperaturu ilə asfaltın temperaturu arasındakı fərq iki dəfədən çox olub və buna uyğunlaşmaq da lazım gəlib.
Artıq beşinci dəqiqətə Kimi Antonelli ilk döngədə qəza etdiyi üçün qırmızı bayraqlar dalğalanıb. Sürücülər pit yoluna üz tutublar. Fasilə qısa olub, lakin cəmi 15 dəqiqə sonra sessiya yenidən qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb idarəetməni itirdiyi üçün asılqanını qıraraq Bermanın maşını ilə toqquşan Elbon olub.
Hadisə Şvartsmanın önündə baş verib və o, sarı bayraqlar altında ötmə etməyə məcbur olub. Sessiyadan sonra stüardlar insidenti incələyiblər və Robert Şvartsmana növbəti yarışın startında 5 yer itirmək cəzası veriblər (onsuz da, Robert növbəti yarışda sürməyəcək).
Sürücülər Soft təkərlərə keçərək sürətlərini artırıblar. Kolapinto 12-ci döngədə səhvə yol verib. Ferstappen motor güc itirdiyi üçün pit yoluna qayıdıb. Protokollara isə Corc Rassell 1:17.998-lik nəticə ilə başçılıq edib.
Şərh əlavə et