Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Berman Lekleri əvəz edəcək

Oliver Berman Meksika Qran Prisinin birinci sərbəst yürüşlərində Şarl Lekleri əvəz edəcək.

Kokpit.az xatırladır ki, reqlamentə görə mövsüm ərzində ən az iki dəfə gənc sürücülər cümə sərbəst yürüşlərində sükan arxasına keçməlidir. Bu gənc sürücü Formula 1-də ikidən artıq yarışda iştirak etməməlidir.

Qeyd edək ki, britaniyalı sürücü bu il Səudiyyə Ərəbistanı Qran Prisində xəstələnmiş Karlos Saynsı əvəz etmişdi. Berman Ciddədə həftəsonuna üçüncü sərbəst yürüşlərdən başlamış və yarışı 7-ci yerdə bitirmişdi.

Oliver bu dəfə Meksika Qran Prisinin birinci sərbəst yürüşlərində Şarl Lekleri əvəz edərək, SF-24-ün sükanı arxasına keçəcək.

Qeyd edək ki, Oliver Berman gələn il Haas komandası ilə Formula 1-də tam mövsüm keçirməyə hazırlaşır.

Rauf Hacıyev

Şərh əlavə et