Cümə günündən bazar gününə kimi Meksikanın paytaxtında hava dəyişkən buludlu olacaq, gün ərzində temperatur 23 dərəcəyədək yüksələcək. Yağış ehtimalı isə cəmi 10%-dir.
Meksika trası dəniz səviyyəsindən kifayət qədər yüksəkdə yerləşdiyi üçün maşınların motorlarına çox güc düşür. Dəyişkən hava şəraiti qüvvələr nisbətini dəyişə və həftəsonuna xüsusi rəng qata bilər.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutub.
Şərh əlavə et