Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu gələn ildən etibarən Ferrari komandasında çıxış edəcək. Buna görə də Mercedes onun şərəfinə hərtərəfli vida dövrəsi keçirmək qərarına gəlib.
Lyuis Həmilton bu mövsüm Əbu Dabidəki son yarışdan sonra Mercedes-in Ştutqartdakı mərkəzi və Briksvorzdəki bazasına gedərək, komandada olan hamı ilə sağollaşacaq. Britaniyalı pilotun bu vidası 6 çempionluq yaşadığı Mercedes-ə emosional son olacaq.
Qeyd edək ki, Lyuis Mercedes komandasına 2013-cü ildə qatılıb. O, burada 2014-2015-ci, 2017-2020-ci illərdə 6 çempionluq qazanıb. 2016 və 2021-ci illərdə isə son yarışa qədər çempionluq uğrunda mübarizə aparsa da, sonda ikinci yeri tutub.
Şərh əlavə et