Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlərin güvəndiyi ad dəyişib

Unibet bukmeyker kontoru qarşıdan gələn Meksika Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

İdarənin əməkdaşları Ostindəki sonuncu yarışın qalibi Şarl Lekleri burda da qələbəyə əsas namizəd hesab edir. Maks Ferstappen və Lando Norrisin şansları isə eyni, monakolu sürücüdən bir qədər az dəyərləndirilir. Əsas 4 komanda arasında ən aşağı şansı olduğu hesab edilən sürücü isə doğma trasında yarışmasına baxmayaraq, Serxio Peresdir.

Şarl Lekler – 3.25
Maks Ferstappen, Lando Norris – 3.75
Karlos Sayns – 7.00
Oskar Piastri – 9.00
Lyuis Həmilton, Corc Rassell – 17.00
Serxio Peres – 34.00

Maks Ferstappen ABŞ Qran Prisindən sonra Lando Norrislə fərqli gözlənilənlərin əksinə olaraq, daha da artırıb. Bu da mövsümün sonunda onun çempion olacağına inamı 1 həftə əvvəlki ilə müqayisədə daha da artırıb və əmsallara ciddi təsir edib.

Maks Ferstappen – 1.15
Lando Norris – 4.75
Şarl Lekler – 34.00
Oskar Piastri – 201.00
Karlos Sayns – 1001.00
Lyuis Həmilton, Corc Rassell – 4001.00

Mühəndislər Kubokunda qələbəyə namizədlərə McLaren rəhbərlik edir, lakin son yarışdan sonra onun əsas izləyicisi Red Bull yox, Ferrari-dir…

McLaren – 1.15
Ferrari – 6.00
Red Bull – 11.00
Mercedes – 1001.00

Elçin Zodorov

Şərh əlavə et