Kokpit.az bildirir ki, ölkəmizi ESport kateqoriyaslnda təmsil edən Yaqub Əliyev birinci təsnifat mərhələsində 10-cu yeri tutub. O, 1.30.442 zaman nəticəsi ilə birinci yeri tutan braziliyalı pilotdan 1.057 saniyə geridə qalıb.
Yaqub Əliyev təsnifat mərhələsindən sonra bildirib ki, kiçik səhv edərək, 5-7-ci yerləri əldən verib: “Təsnifat mərhələsi bitdi və 10-cu yerdəyik. Tam olaraq ürəyim istəyən nəticə deyil. Son dövrəmdə rəqiblərim mənim ətrafıma toplaşıb, sürüş stilimə baxdılar. Mən isə son dövrəmdə 1.30. nəticəsinə doğru gedirdim. Ancaq mənə baxdıqları üçün fikrim dağıldı və son döngədə trasdan çıxdım. Stüardlar bunu trası kəsmək kimi qiymətləndirdilər və dövrəvi nəticəm silindi. Buna görə də 10-cu yerdə qaldım. 6-cı, bəlkə də 5-ci yeri tuta bilərdim.
Ancaq yenə də pis deyil və mübarizə aparmağa davam edirik. Ümid edirəm ki, sabah daha yaxşı nəticələr üçün mübarizə aparacağıq.
Şərh əlavə et