Kokpit.az xatırladır ki, Yuki Tsunoda Red Bull Sürücü Akademiyasının yetirməsidir və 2021-ci ildən etibarən RB komandasından çıxış edir. Lakin Helmut Marko bildirib ki, onlar Əbu Dabidə yapon sürücüyə Red Bull ilə test etmək şansı verəcəklər.
Bunun əsas səbəblərindən biri isə Honda-nın Ostində Yuki Tsunodanın testə çıxması üçün Red Bull komandasına etdiyi təzyiqdir.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Yuki Tsunodaya test şansı verə bilərlər: “Bəli, Əbu Dabi üçün bəzi planlarımız var. Bilirsiniz ki, əlimizdə çoxlu sürücülər var: Ayzek Həcər, Liam Louson…”
Helmut Markonun nəyi nəzərdə tutduğu tam olaraq bilinməsə də, Yuki Tsunodanın mövsüm sonunda təkər testində Red Bull RB20-ni sürməsi planda ola bilər.
Bu test mövsümün son yarışından sonra həftənin ikinci günü keçirilir və komandalar bu testlərdə iki maşından da istifadə edə bilirlər. Maşınlardan biri Formula 1 superlisenziyası olan sürücü tərəfindən, digəri isə karyerası ərzində ikidən çox yarışa çıxmayan gənc sürücü tərəfindən sürülür.
Şərh əlavə et