Kokpit.az xatırladır ki, reqlamentə görə mövsüm ərzində ən az iki dəfə gənc sürücülər cümə sərbəst yürüşlərində sükan arxasına keçməlidir. Bu gənc sürücü Formula 1-də ikidən artıq yarışda iştirak etməməlidir.
McLaren komandası da bu reqlamentin çərçivəsində Meksikada cümə günü Pato O’Vordu sükan arxasına keçirmək qərarına gəlib. 25 yaşlı pilot sərbəst yürüşlərdə Lando Norrisi əvəz edəcək.
Beləliklə meksikalı sürücü öz doğma publikası önündə trasa çıxacaq. Pato daha əvvəl McLaren-lə çox test keçirib, amma keçən il ilk dəfə Əbu Dabi-dəki birinci sərbəst yürüşlərdə MCL60-ın sükanı arxası keçib.
Şərh əlavə et