Xəbəri Kokpitdə Oxuyun!

Lando Norrisdən yeni rekord

McLaren komandasının sürücüsü Lando Norris yeni rekorda imza atıb. O, topladığı xala görə McLaren tarixinin ən çox xal qazanan sürücüsü olub və əfsanəvi Lyuis Həmiltonu geridə qoyub.

Kokpit.az xatırladır ki, Lando Norris Amerika yarışını 4-cü yerdə bitirib və Lyuis Həmiltonun McLaren üçün topladığı xal rekordunu yeniləyib.

Amerika yarışında qazandığı 12 xalla Lando Norris 930 xala çatıb və əfsanəvi Lyuis Həmiltonun topladığı 913 xallıq rekordu geridə qoyub.

Lakin onu da unutmayaq ki, Lyuis Həmiltonun McLaren-dəki ilk 3 mövsümündə (2007-2009) yarışı birinci yerdə bitirən pilota 10 xal verilirdi və 8 pilot xal qazanırdı. Hazırkı xal sistemi isə 2010-cu ildən tətbiq edilir.

Rauf Hacıyev

Şərh əlavə et