Xəbəri Kokpitdə Oxuyun!

L.Stroll yeni “rekord”a imza atıb

Aston Martin komandasının sürücüsü Ləns Stroll yeni anti-rekorda imza atıb. Kanadalı sürücü sürətli dövrə vurmadan ən çox yarış startı alan pilot olub.

Kokpit.az bildirir ki, bu “rekord” daha əvvəl 2000-ci ildə son yarışına çıxan Conni Herbertə aid olub.

Ləns Stroll Formula 1 karyerasına 2017-ci ildə başlayıb və indiyə kimi qatıldığı 162 yarışda heç vaxt sürətli dövrə vura bilməyib. O, ABŞ yarışından sonra bu anti-rekordu Conni Herbertin əlindən alıb.

Bundan başqa Ləns Stroll ABŞ yarışında 15-ci yeri tutaraq, ardıcıl 6-cı dəfə bir yarışı xalsız başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et