Bunun üçün də komanda hər iki sürücüsündən lazımi dəstəyi almalıdır. Hər nə qədər Maks Ferstappen hələ də sürücülər çempionatında lider olsa da, Serxio Peres 8-ci yerdədir və son 12 yarışda top komandaların sürücüləri arasında podiuma yüksələ bilməyən yeganə şəxsdir.
Serxio Peres: “Mexiko Qran Prisi mənim üçün mövsümün ən vacib həftəsonudur və məndə belə təəssürat yaranır ki, o, ildən-ilə daha canlı və genişmiqyaslı olur. Əgər özümü Ostində evdəki kimi hiss etmişəmsə, bu həftə mənim üçün tamamilə dəli olacaq! Bütün səs-küyü aradan qaldırmağa çalışmaq və yolda işləməyə diqqət yetirmək vacibdir.
Əgər yenidən podiuma çıxa bilsəm, meksikalı azarkeşlər bunu xüsusilə yüksək qiymətləndirəcəklər. Amerika mərhələsində avtomobilimiz artıq bir az daha yaxşı işləyirdi, lakin hələ görüləsi çox iş var. Balansla bağlı problemlərim var idi və tamamilə fərqli xüsusiyyətlərə malik olan Mexiko trasında rəqabətədavamlı olmaq üçün RB20-nin bir sıra çatışmazlıqlarını aradan qaldırmalıyam. Amma bazar günü axşam ölkəmə sevinc bəxş etmək üçün əlimdən gələni edəcəyəm”.
Şərh əlavə et