Maks Ferstappen federasiyanın bu qərarına münasibət bildirib: “Bu barədə mənimlə danışdılar? Xeyr, heç nə demədilər, mən də hamı kimi bu barədə oxudum. Bunun təhlükəsiz olub-olmadığını söyləməlidirlər. Məncə bunun təhlükəsiz olub-olmaması başqa sualdır.
Mənim danışmağım kimlərisə narahat edir. Yaxşı, siz həmişə siyasi cəhətdən düzgün olmalısınız. Həmişə belə olub. Amma düşünürəm ki, son vaxtlar baş verən bəzi şeylər vəziyyəti bir az da xoşagəlməz edir”.
Xatırladaq ki, keçən il avtoidmanda uğurla çıxış etmiş sürücü və komandaların mükafatlandırma mərasimi Bakıda baş tutmuşdu.
Şərh əlavə et