Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Amerika yarışına üçüncü yerdən başlasa da, yaxşı start alıb. Lakin o, Norrislə Ferstappenin mübarizəsinə görə əyləcə basmalı olub və buna görə də birinci pit-stopa qədər Maks Ferstappenin arxasında vaxt itirib. Pitlərdən sonra isə ikinci yerə yüksələrək, yarışı komanda yoldaşı Leklerin arxasında bitirib.
Karlos Sayns: “Əvvəlcə bütün komandanı təbrik etmək istəyirəm. Bizi Mühəndislər Kuboku üçün mübarizədə saxlayırlar.
Bilirdim ki, yarışın taleyi elə startda məlum olacaq. Lando və Maksın sərt start alacaqlarını da bilirdim. Heyif ki, bundan ən pis təsirlənən mən oldum. Buna görə də yarışı ikinci yerdə bitirdim, amma yarış yaxşı keçdi.
Təkər yeyilməsinin az olması yarışı daha da əyləncəli etdi. Hücum rejimində sürə bilirdik. Bunda bizə həzz verir”.
Şərh əlavə et