Kokpit.az xatırladır ki, monakolu sürücü ABŞ yarışına dördüncü yerdən başlasa da, mükəmməl startla liderliyə yüksəlib və yerini sona qədər qoruyub. Bununla da Şarl mövsümdə üçüncü qələbəsini əldə edib. Onun komanda yoldaşı Karlos Sayns isə ikinci olub və Ferrari ABŞ-da qələbə dubluna imza atıb.
Şarl Lekler: “Həftəsonu asan keçmədi. Hazırda bolidlə bağlı hisslərimdən əmin olmasam da, yarışda hər şeyin yaxşı olacağına onanırdım və elə də oldu.
Doğrudan da çox sevincliyəm. Komanda olaraq ilk iki yeri əldə etfik. Daha yaxşısını xəyalımıza belə gətirə bilməzdik.
Bolidin sürəti doğrudan da yaxşı idi. Bu da mühəndislərin hesabına oldu. Son yarışlarda yeniliklər üçün dəli kimi işləyirlər. Bunun da qarşılığını alırıq.
Pit stoplar da yaxşı idi və hər şey qaydasında getdi. Buna görə çox xoşbəxtəm. Hələ də çempionluq hədəfimiz var. Bu üçlü yarışlar üçün yaxşı başlanğıc oldu”.
Şərh əlavə et