Xəbəri Kokpitdə Oxuyun!

Rassell yarışa pit yolundan başlayacaq

Mercedes komandasının sürücüsü Corc Rassell qapalı park qaydalarını pozduğu üçün Amerika yarışına pit yolundan başlayacaq.

Kokpit.az bildirir ki, Mercedes Corc Rasselli köhnə versiyaya qaytarmaq üçün gecə işləyib. Buna səbəb isə britaniyalı pilotun sıralanma turunda qəza edərək maşını zədələməsi idi. Bu qəzadan sonra Mercedes-in yenilik paketi tamamilə yox olub və komandada ehtiyat detal olmadığı üçün onlar seçim qarşısında qalıblar.

Sıralanma turunda 19-cu olan Həmilton Rasselin 6-cı yeri qoruması üçün öz yeniliklərini ona təklif etsə də, Mercedes buna razı olmayıb.

Beləliklə komanda bütün gecə işləyərək qapalı sahə qaydalarını pozub və Corc Rassell yarışa pit yolundan başlayacaq. Sıralanma turunda 19-cu olan Həmilton isə Louson və Rassellin cəzaları ilə 17-ci yerə yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et