Kokpit.az xatırladır ki, ABŞ Qran Prisinin sıralanma turu dramatik formada keçib.
Maks Ferstappen ilk cəhdində istədiyi nəticəni qazana bilməyib. Son cəhdinə isə bənövşəyi sektor zamanı ilə başlayıb, amma Corc Rassellin qəzasına görə dövrəsini yarıda qoyub və sıralanma turunda ikinci yerlə razılaşıb.
Buna baxmayaraq Maks Ferstappen nəticədən razıyam: “İlk dövrəmdə çox vaxt itirdim. Bu bəxtsiz haldır, amma bilirdim ki, bir cəhdimiz də olacaq.
Heyif ki, dövrəmi tamamlaya bilmədim. Yoxsa tempimiz yaxşı idi. Amma işlər belədir. Ən azından ilk cərgədəyik. Bu çox vacibdir. Bolidimiz rəqabətədavamlı görünür. Kiçik dəyişikliklər etdik və gözəl hiss etdirdi. Ümid edirəm ki, yarış üçün yaxşı olar”.
Şərh əlavə et