Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Köhnə günləri xatırladım

Red Bull komandasının sürücüsü Maks Ferstappen sprint yarışını qazandığı üçün sevinclidir.

Kokpit.xatırladır ki, niderlandlı sürücü pouldan başladığı sprint yarışını rahatlıqla qazanıb və Barselonadan sonra ilk dəfə finişə birinci yerdə çatıb.

Maks Ferstappen: “Köhnə günlərdəki kimi hiss edirəm. Axır ki, yenidən mübarizə apara bilirik. Bu gün doğrudan da xoşbəxtəmx

Son vaxtlar arxamıza baxaraq yarışırdıq, amma indi öz yarışımıza köklənə bilirik.

Bolidi yaxşı işlətmək üçün gərgin həftəsonu keçirməlisiniz. Buna görə də təzyiq var idi”.

Rauf Hacıyev

Şərh əlavə et