Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Nəticədən razıyam

McLaren komandasının sürücüsü Lando Norris son dövrədə Karlos Saynsa keçilsə də, nəticədən razıdır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa 4-cü yerdən başlasa da, startda ikinci yerə qədər yüksəlib. Ancaq o, yarış ərzində Maks Ferstappenin tempinə cavab verə bilməyib. Yarışın son dövrəsində isə Ferrari komandasının sürücüsü Karlos Saynsla mübarizədə məğlub olaraq üçüncülüyə razı olub.

Lando Norris: “Yaxşı yarış idi. Əldə etdiyimiz nəticədən razıyam. Əslində çox çətin keçdi. Düşünürdüm ki, ikinciliyi qoruya bilərəm. Amma Karlos doğrudan da yaxşı iş gördü.

Ön təkərlərim tamamilə yeyilmişdi. Buna görə də əlimdən heç nə gəlmirdi. Son dövrədə çox məyus oldum. Amma yarışın nəticəsindən və qazandığım xallardan razıyam.

Əlimdən gələnin ən yaxşısını etdim. Maksın ya da Ferrari-lərin tempinə sahib deyildik. Buna görə də üçüncü yeri tutduğum üçün çox sevincliyəm”.

Rauf Hacıyev

Şərh əlavə et