Kokpit.az xatırladır ki, britaniyalı sürücü ABŞ Qran Prisinin sıralanma turunda Corc Rassellin qəzasından istifadə edərək poul qazanıb. Qəzadan əvvəl bənövşəyi sektor zamanı ilə gələn Maks Ferstappen isə dövrəsini yarıda qoyub və ikinci yerə razı olub.
Lando Norris: “Çox şey dəyişdirdik. Bir neçə nüansı yenidən nəzərdən keçirdik. Karlos və Maks daha sürətli ola bilərdilər, amma mən öz nəticəmdən razıyam.
Həftəsonu ərzində temp cəhətdən geridə qaldıq. Ferrari və Red Bull qədər sürətli deyildik. Bəzən bir sürücü kimi əlavə bir şey etməlisiniz. Mən də elə etdim.
Bəlkə də bəxtim gətirdi, amma bu nəticəni qəbul edəcəyəm”.
Şərh əlavə et