Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Sabah üçün həvəsliyik

ABŞ Qran Prisinin sprint yarışında ikinci olan Karlos Sayns bildirib ki, Norris son dövrələrdə təkərlərinə çox yüklənib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü sprint yarışının son dövrəsində Lando Norrisə çataraq onu keçib və ikinci olub.

Karlos Sayns: “Çox əyləncəli mübarizə idi. Yaxşı sprint oldu. Sprintlər belə keçsə, bundan daha çox əylənərik.

İlk beş dövrə çox hərəkətli keçdi. Çox şey baş verdi. Sonlara doğru mən də təkərlərə yüklənçəyə başladım. Amma Lando da çox yüklənmişdu və düşündüm ki, DRS məsafəsinə çatsam, onu ötüb ikinci ola bilərəm.

Birinci döngədə hücum etdim və işə yaradı. Əyləncəli idi. Bu sabahkı yarış üçün bizi həvəsləndirir. Sıralanma turunda maşınımız yaxşı deyil, amma mümkün qədər yüklənməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et