Kokpit.az xatırladır ki, ABŞ Qran Prisinin sıralanma turunda son cəhdlərinə çıxan əksər sürücülər nəticələrini yaxşılaşdırsalar da, Corc Rassellin qəzası ilə sarı bayraqlar çıxıb və sürücülər dövrələrini yarımçıq saxlamalı olublar.
Karlos Sayns: “Dünən beşinci olmuşduq. Bu gün isə üçüncü yerdəyik. Yəni doğru yöndə addım atdıq.
Son dövrə üçün bir az məyusam, çünki, 16-cı döngəyə girdiyimdə sadəcə iki döngə qalmışdı. 1.32.6-lıq nəticəmlə 0.3 saniyəlik fərq var idi.
Bu həftəsonu inkişafımız yaxşı idi. Yarışda təmiz start alsaq, mübarizənin içində olacağıq. O zaman öndəki iki sürücü ilə əyləncəli yarış keçəcək”.
Şərh əlavə et