Kokpit.az bildirir ki, Mark Markeslə Xorxe Martin yarışın son anına qədər həyəcan dolu mübarizə aparıblar və sonra qalib gələn səkkizqat Dünya Çempionu olub. Bu, Markesin mövsümdə üçüncü qələbəsidir.
Xorxe Martin isə sprint yarışından sonra əsas yarışı da Françesko Banyayanın önündə bitirib və çempionatda xal fərqini 20-yə yüksəldib. Banyayanın yarış ərzində zəifləyib və o yarışı üçüncü yerdə bitirməli olub.
Migel Oliveyra isə Mandalikada qəzadan sonra bədənində qırıqlar olduğu üçün yarışmayıb və onu Trackhouse Aprilia komandasının test sürücüsü Lorenso Savadori əvəzləyib.
Şərh əlavə et