Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Louson startda 60 yer itirəcək

RB komandasının sürücüsü Liam Louson yeni güc qurğusuna keçdiyi üçün ABŞ yarışının startında 60 yer itirəcək.

Kokpit.az bildirir ki, yeni zelandiyalı sürücü güc qurğusunun elementlərində bu il limitləri aşıb. O, Ostindəki yarış üçün beşinci daxiliyanma mühərriyi, batareya, MGU-H və MGU-K generatorlarından istifadə edəcək.

FİA-nın razılığı ilə gənc sürücü yarışın startında düz 60 yer itirəcək. Beləliklə o, bazar günü yarışa hamıdan axırda başlayacaq.

Liam Louson düşünür ki, bu cəza onun üzərindəki təzyiqi azaldacaq: “Əslində üzərimdəki təzyiqi azaldır, çünki yarışa hamıdan axırda başlayacağam.

Bundan başqa sürücü kimi mümkün qədər yaxşı fürsətə sahib olmaq istəyərsiniz və bu hal məni əngəlləyəcək.

Hamı mənim barədə fərqli şeylər düşünür, amma mən ən yaxşı performansa sahib olmaq istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et