Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Uzun müddət idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen iyun ayından sonra poul qazandığı üçün çox sevinclidir. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Amerika Qran Prisinin sprint sıralanma turunda poul qazanıb. Bununla da üçqat Dünya  Çempionu iyun ayında keçirilən Avstriya Qran Prisindən sonra poul əldə edib. 

Maks Ferstappen: “Yaxşı bir gün keçirdik. Təbii ki, sprint sıralanması həmişə çətindir. Bolidin limitlərini yaxşı bilmirsiniz.

Bolid bütün gün ərzində yaxşı işlədi. Birinci yerdə olduğum üçün sevincliyəm. Çox uzun müddət olmuşdu. Bu trasda sürmək gözəldir. Yeni asfalt, bir az köhnə asfalt, sonra qabarlar. Heç asan deyildi, amma həzz aldım”.

27 yaşlı pilot bildirib ki, sprint yarışında qalib gəlmək üçün əlindən gələni edəcək, amma əsas xallar bazar günü paylanılır: “Sprint yarışında əlimizdən gələnin ən yaxşısını edəcəyik, amma bilirik ki, ən çox xal bazar günü keçirilən yarışda verilir. Buna görə də əsas orada güclü olmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et