Bura komandalar olduqca çox yenilik gətiriblər. Həftəsonunun yeganə məşqləri sazlanmaları tapmaq və yenilikləri yoxlamaq üçün bir çoxlarına kifayət etməyib. Dünənki sıralanma turunda Maks Ferstappen uzun fasilədən sonra poulun sahibi olub.
Startda Ferstappen və Rassell ilk, Lekler və Norris ikinci, Sayns və Hülkenberq isə üçüncü cərgədə yer alıblar. Pirelli bura C2, C3 və C4 tərkiblərini gətirib. Bütün sürücülər Medium təkərlərlə yarışa çıxıblar. Elbon qapalı park qaydaları pozulduğu üçün pit yolundan başlayıb.
Startda Ferstappen yerini qoruyub, Norris isə ikinci yerə yüksləlib. İlk onluqda xeyli yerdəyişmə olub. Sayns Leklerə hücum etsə də, monakolu sürücü yerini qoruyub. Lakin 6-cı dövrədə Karlosun növbəti hücumu uğurlu olub. İspan sürücü Norrislə fərqi azaltmağa başlayıb.
Piastriyə Qasli ilə olan insidentə görə 5 saniyəlik cəza verilib. Rassell təkərlərinin effekti öldüyü üçün Leklerdən də geri qalıb. Ferrari sürücüləri Norrisə çatıblar. Landonun son dövrədə təkərlərini bloklaması Saynsın onu keməsinə səbəb olub. Lekler də bu fürsəti əldə edib, lakin britaniyalı sürücünün əyləcə basması Leklerin əleyhinə işləyib.
Maks Ferstappen mövsümdəki 4-cü sprint yarışını da qazanıb. Karlos Sayns ikinci, Lando Norris isə üçüncü olub. Bizi gecə olduqca maraqlı sıralanma turu gözləyir…
Şərh əlavə et