Kokpit.az bildirir ki, Xorxe Martin bu qələbə ilə çempionatda fərqi bir az da artırıb. O, bütün dövrələri lider tamamlayaraq, Mark Markesin 1.5 saniyə önündə yarışı qazanıb. Mark Markes isə startda səhv edərək 8-ci yerə qədər geriləsə də, sonradan ikinci yerə qədər yüksəlib.
Enea Bastyanini isə komanda yoldaşı Françesko Banyayanı qabaqlayaraq, üçüncü olub. Banyaya yarışı dördüncü yerdə bitirdikdən sonra çempionatda Xorxe Martinin 16 xal gerisinə düşüb.
Yarış ərzində Banyayanın arxasında olan Maverik Vinyales və Marko Bezzekki isə 12-ci dövrədə böyük qəza ediblər. Vinyales rəqibini keçməyə çalışarkən Bezzekki özünü saxlaya bilməyob və rəqibinə arxadan çırpılıb. Qəzadan sonra Bezzekkini trasdan xərəklə aparıblar. Amma o motosikletlə paddoka geri qayıda bilib.
Pramac komandasından Franko Morbidelli altıncı, Trackhouse Aprilia-dan Raul Fernandes yeddinci, Aleş Esparqaro səkkizinci, Avqusta Fernades isə doqquzuncu olub.
Yarışda daha sonra Aleks Markes, Yohan Zarko və KTM komandasının sürücüləri yıxılaraq mübarizəni dayandırıblar.
Şərh əlavə et