Kokpit.az bildirir ki, Xorxe Martin dominant performansla Filip Aylənddə poul qazanıb. Çempionatın lideri 1.27.246 zaman nəticəsi ilə poul qazanaraq yarış üçüb vacib üstünlük əldə edib.
Mark Markes və Maverik Vinyales güclü performansları ilə ön sıralarda olsalar da, Xorxe Martinin tempinə çata bilməyiblər.
Çempionluq uğrunda Xorxe Martinlə mübarizə aparan Françesko Banyaya isə sıralanma turunda 5-ci olub.
Raul Fernandes və Enea Bastyanini sıralanma turunun birinci sessiyasında qurumaqda olan tras şəraitindən yaxşı istifadə ediblər və ikinci sessiyaya qala biliblər.
Luka Marini, Cek Miller, Pedro Akosta və Cek Miller kimi sürücülər isə ikinci sessiyaya çıxa bilməyiblər.
Filip Aylənddə asfalt örtüyü yeni olduğu üçün MotoGP-nin təkər təchizatçısı Michelin bu trasa xüsusi hazırlanmış üç fərqli arxa təkər gətirib. Michelin şirkətindən Pyero Taramasso bildirib ki, bu yeni təkərlər sürücüləri daha rahat hiss etdirirlər.
Şərh əlavə et