Xəbəri Kokpitdə Oxuyun!

ABŞ Qran Prisinə gətirilən yeniliklər

Amerika Qran Prisinə yeniliklər gətirən komandalar məlum olub.

Kokpit.az bildirir ki, üçhəftəlik fasilədən sonra Formula 1 ABŞ Qran Prisi ilə yenidən qayıdıb. Komandalar Ostində keçirilən yarışa yeniliklərlə gəliblər. 

Red Bull komandası yeni bir altlıq kənar və motor qapağı gətirib. Mercedes isə buraya mövsümün son böyük yeniliyi ilə gəlib. Alman istehsalçı COTA trasına ön asılqan, altlıq kənarı, saydpod girişi, motor qapağı və altlıq çəpəri kimi yeniliklər gətirib.

Ferrari əvvəlki yarışlarda gətirdiyi yeniliklərlə test etməyə qərar verib. Çempionatın lideri McLaren isə yeni ön qanad, ön asılqan, ön əyləc kanalı, ön əyləc soyuducusu, arxa asılqan örtüyü, arxa əyləc soyuducusu və tarazlayıcı qanad kimi vacib yeniliklər gətirib.

Aston Martin isə ABŞ-a yeni ön qanad, motor qapağı, altlıq gövdəsi və diffuzor kimi yeniliklərlə gəlib.

 

  • Red Bull: Altlıq kənarı, motor qapağı
  • Mercedes: Ön qanad, ön asılqan, altlıq kənarı, saydpod girişi, motor qapağı, altlıq çəpəri
  • Ferrari: –
  • McLaren: Ön qanad, ön asılqan, ön əyləc kanalı, ön əyləc soyuducusu, arxa asılqan örtüyü, arxa əyləc soyuducusu çıxışı, tarazlayıcı qanad
  • Aston Martin: Ön qanad, ön qanad uc hissəciyi, motor qapağı, altlıq gövdəsi, altlıq kənarı, diffuzor
  • Alpine: Altlıq gövdəsi, altlıq kənarı, motor qapağı, arxa qanad
  • Williams: –
  • RB: Altlıq gövdəsi
  • Sauber: Ön qanad, ön asılqan, arxa asılqan, arxa əyləc deflektoru
  • Haas: Saydpod girişi, altlıq gövdəsi, altlıq çəpəri, altlıq kənarı, motor qapağı, soyutma filteri

 

Rauf Hacıyev

Şərh əlavə et