Xəbəri Kokpitdə Oxuyun!

Red Bull etiraf edib…

Red Bull komandası yüksəklik sazlanması barədə şikayətlərə görə FİA ilə görüşdüyünü açıqlayıb. 

Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl Red Bull komandasının qapalı park qaydalarını pozduğu və ön bib hissəsinin yüksəkliyini dəyişməsi ilə bağlı şikayətlər olub. 

Lakin Red Bull şirkətinin məsul şəxsi bu barədə belə açıqlama verib: “Bəli, bu sistem var, amma maşın tamamilə sazlanıb, yarışa hazır olandan sonra bundan istifadə etmək mümkünsüzdür”.

FİA-nın təmsilçisi isə bu barədə belə açıqlama verib: “”Qapalı parkda bolidin yüksəkliyini dəyişdirmək qətiliklər yasaqdır. Hər hansı komandanın belə bir sistemdən istifadə etdiyi ilə bağlı əlimizdə heç bir sübut yoxdur. Amma buna qarşı nəzarətimizi gücləndirdik. Bunun üçün ön bib yüksəkliyinin dəyişdirilməməsi üçün bəzi yeni möhürlər artırdıq”.

Rauf Hacıyev

Şərh əlavə et