Xəbəri Kokpitdə Oxuyun!

Piastri: Red Bull qayda pozur

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Red Bull açıq-aydın qapalı park qaydalarını pozub.

Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl Red Bull-un  bolidlərinin yüksəkliyini qapalı park şəraitində dəyişdiyi ilə bağlı söz-söhbətlər yayılıb. Deyilənə görə bolidin ön tərəfindəki bib (T-Ray) adlı hissənin yüksəklik sazlanması dəyişdirilib.

Bu barədə danışan Oskar Piastri bildirib ki, Red Bull komandası göz görə-görə qaydaları pozur: “Sözün açığı texniki reqlamenti limitlərinə qədər istifadə edirik. Formula 1-i Formula 1 edən amil budur. Amma Red Bull burada limitlərə qədər istifadə etmir, qaydaları pozur.

Hansı maşında olduğunu bilmirəm, amma bununla bağlı raportlar. Ancaq bu hal düzgündürsə, bu boz sahədən çıxmaq və qara sahəyə girmək deməkdir. Əgər performansda da böyük bir fərq yaradırsa, onda insanların bəzi sualları olacaq”.

Qeyd edək ki, Red Bull komandası bu məlumatları təkzib edib. FİA isə bildirib ki, bundan sonra nəzarəti gücləndirəcəklər. Buna görə maşınlara qapalı parkda əlavə möhürlər vuracaqlar.

 

Rauf Hacıyev

Şərh əlavə et